Fev 06, 2018 21:43 Asia/Baku
  • ABŞ-da zəncirvari qəza; 70 avtomobil toqquşdu
    ABŞ-da zəncirvari qəza; 70 avtomobil toqquşdu

Güclü şaxta böhranı ABŞ-da 70-dən çox avtomobilin zəncirvari toqquşması və 6 nəfərin həlak olması və yaralanması ilə nəticələnib.

İRİB-in məlumatına görə, güclü qar yağışı və şaxtalı hava Ayova ştatının Amis şəhəri yaxınlığında 70-dən çox avtomobilin toqquşmasına səbəb olub. 

Məlumata görə, qəza nəticəsində azı bir nəfər həlak olub, beş nəfər də yaralanıb. 

2018-ci il yanvar ayının əvvəllərində də güclü şaxta 18 amerikalının həlak olması, bu ölkənin hava nəqliyyatında fəaliyyətin durdurulması və 6500-dən çox uçuşun ləğv olması ilə nəticələndi. 

Teqlər