Rusiya terrorçuların Suriyadakı cinayətlərinə beynəlxalq səviyyədə diqqətin göstərilməsini istəyib
Fev 07, 2018 09:58 Asia/Baku
-
Rusiya Xarici İşlər Nazirliyi
Rusiya Xarici İşlər Nazirliyi çərşənbə axşamı bir bəyanat yayaraq, Dəməşqdə Rusiya Ticarət Mərkəzinin mina mərmisi ilə hədəfə alınmasını kəskin formada qınayıb və terrorçuların Suriyadakı cinayələrinə beynəlxalq səviyyəli diqqətin göstərilməsini istəyib.
İRNA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətdən Suriyada terrorçuların cinayətlərinə birdəfəlik son qoymaq üçün ciddi addımlar atmasını istəyib.
Dəməşqdə yerləşən Rusiya Ticarət Mərkəzi dünən terrorçular tərəfindən minaatanlarla hədəfə alınıb. Bu hücumun insan tələfatı olmayıb.
Ötən iki gündə terrorçuların Dəməşqə olan raket hücumlarında 10 mülki həyatını itirib.