Təhlükəsizlik Şurası; ABŞ-ın oyuncağı
https://azeri.sahartv.ir/news/dünya-i294841-təhlükəsizlik_Şurası_abŞ_ın_oyuncağı
ABŞ-ın Təhlükəsizlik Şurasından öz siyasi məqsədlərinə çatmaq və digər ölkələrə təzyiq göstərmək üçün bir vasitə olaraq istifadə etməsi bu şuranın etibarını ciddi şəkildə təsir altına alır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 07, 2018 12:15 Asia/Baku
  • Təhlükəsizlik Şurası
    Təhlükəsizlik Şurası

ABŞ-ın Təhlükəsizlik Şurasından öz siyasi məqsədlərinə çatmaq və digər ölkələrə təzyiq göstərmək üçün bir vasitə olaraq istifadə etməsi bu şuranın etibarını ciddi şəkildə təsir altına alır.

Təhlükəsizlik Şurası. ABŞ-ın açar qutusundakı alətlərdən biri. Bunu illər öncə ABŞ-ın BMT-dəki sabiq səfiri Con Bolton söyləmişdi. BMT-nin Təhlükəsizlik İnstitutunun rəisi Conatan Qarnov isə deyir: “Təhlükəsizlik Şurasının vəzifəsi təhlükəsizliklə bağlı bazarlıq etmək deyil. Bu bir ticarət deyil. Bunu hamı bilməlidir.”

İran isə Baş Assambleyanın iclasında Təhlükəsizlik Şurasının BMT-nin missiyasından yayındığını tam aydın formada bəyan etdi.

İranın BMT-dəki nümayəndəsinin əsas tənqidləri ABŞ-ın Təhlükəsizlik Şurasındakı son iki hərəkətinə qarşı yönəlmişdi. Birincisi İranın daxili işlərinə müdaxilə və TŞ-nin vəzifəsi olmayan bir məsələ idi. İkincisi isə Şura üzvləri üçün Ağ Evdə ziyafətin təşkil edilməsi, ardınca İran əleyhinə köhnə iddiaların təkrar gündəmə gətirilməsi idi.

İran Təhlükəsizlik Şurasının ABŞ-ın əlində bir alət olmamalı olduğunu vurğulayır.