Ağ Evdə istefa dalğası
Ağ Evin müşavirlərindən olan Robert Porter çərşənbə günü istefa verdiyini bildirib.
İRNA-nın Röyters-ə istandla verdiyi məlumata görə, Porter ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanan bir çox mühüm sənədin hazırlanmasında mühüm rola malik olub. O, əsasən bu sənədlərin hüquqi baxımdan araşdırılması və təsdiq edilməsi məsələsinə nəzarət edir.
Porter işlərini təhvil verdikdən sonra Ağ Evdən ayrılacağını bildirib. Amma, bunun üçün dəqiq tarix təyin etməyib.
Porterin iki sabiq həyat yoldaşı onu qadınlara qarşı sadist rəftarlara malik olmaqda ittiham ediblər.
Porter Ağ Ev tərəfindən yayılan bəyanatda bu ittihamları qəbul etmədiyini deyib.
Ötən bir ildə Amerikada bir çox dövlət rəsmisi və siyasətçi əxlaqsızlıqda ittiham edilməsinin ardınca istefa verməyə məcbur olub.
Amerikada Donald Trampın hakimiyyətə gəlməsindən bəri, onun hökumətində yer alan bir çox rəsmi ötən bir ildə öz vəzifəsindən istefa verib. Bu istefaların bir çoxunun səbəbi açıqlanmır.
Əxlaqsızlıq və pozğunluq kimi ittihamların kənarında, Trampın düşünülməmiş rəftarları da ABŞ rəsmilərinin istefa verməsinə səbəb olan amillərdəndir.