Fev 09, 2018 17:19 Asia/Baku
  • Venesuela hökumətinin müxalifləri başlarını itiriblər
    Venesuela hökumətinin müxalifləri başlarını itiriblər

Venesuela hökumətinin müxalifləri bu ölkənin prezident seçkilərinin keçirilməsi tarixinin elan edilməsinin ardınca çaşqınlığa və tərəddüdə düçar olublar.

Venesuela hökuməti müxaliflərinin əsas müzakirə amili Culio Borges dünən Venesuela prezident seçkilərində iştirak və ya onun boykot edilməsi tərzinin araşdırılması barədə iclasın təşkilindən xəbər verib.

Rəsmi Karakas aprelin 22-ni Venesuela prezident seçkilərinin keçirilməsinin dəqiq tarixi kimi elan edib.

Venesuela prezident seçkiləri tarixinin Dominikan Respublikasında hökumət ilə müxaliflər arasındakı müzakirələrin dalana dirənməsindən düz bir saat sonra Karakas rəsmiləri tərəfindən elan olunması bu ölkə müxalifləri koalisiyanın zəifləməsinə səbəb olubdur.

Venesuela hökumətinin başçıları bundan öncə bu koalisiyanın seçkilərdə bir fraksiya formasında iştirakını qadağan etmişdilər.

Həmişə hökumətə qarşı çıxan Venesuela hökumətinin müxalifləri Dominikan Respublikasında hökumət ilə müxaliflər arasında keçirilən müzakirələrdə də Venesuela prezident seçkilərinin apreldən sonrakı aylaradək təxirə salınmasını istəmişdilər.

Teqlər