Fev 10, 2018 16:56 Asia/Baku
  • FTB-nin məlumat rüsvayçılıqları davam edir
    FTB-nin məlumat rüsvayçılıqları davam edir

ABŞ-ın Federal Təhqiqat Bürosu və Ədliyyə Nazirliyinin rəsmiləri gizli nəzarət qanunlarından sui-istifadə edərək Trampın seçki kampaniyası qərargahının müşavirindən casusluq ediblər.

Feribiken internet portalının məlumatına görə, son həftələrdə dərc olunan məlumatlar FTB-nin casusluğu əsasən ABŞ prezidenti Donald Trampın seçki qərargahının xarici siyasət məsələləri üzrə müşaviri Karter Peycə yönəlib. 

ABŞ Federal Təhqiqat Bürosu və Ədliyyə Nazirliyi rəsmilərinin Trampın seçki qərargahı müşavirindən casusluq etməsi və gizli nəzarət qanunlarından sui-istifadəsinin ifşa olunması FTB-nin məlumatlar əleyhinə nöqsanları haqda yeni nigaranlıqlar yaradıb. 

ABŞ Federal Təhqiqat Bürosu 2016-cı il oktyabr ayında Karter Peyc haqda araşdırmaya başlayıb və bu işi bir il davam etdirib. 

Teqlər