Şimali Koreya əleyhdarları Seulda iki koreyanın birlik bayrağını yandırıblar
https://azeri.sahartv.ir/news/dünya-i295355-Şimali_koreya_əleyhdarları_seulda_iki_koreyanın_birlik_bayrağını_yandırıblar
Cənubi Koreyanın paytaxtı Seulda Pxenyan əleyhinə etiraz aksiyasında iştirak edənlər iki koreyanın vəhdət bayrağını yandırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 12, 2018 09:35 Asia/Baku
  • Şimali Koreya əleyhdarları Seulda iki koreyanın birlik bayrağını yandırıblar
    Şimali Koreya əleyhdarları Seulda iki koreyanın birlik bayrağını yandırıblar

Cənubi Koreyanın paytaxtı Seulda Pxenyan əleyhinə etiraz aksiyasında iştirak edənlər iki koreyanın vəhdət bayrağını yandırıblar.

Röyters-in bildirdiyinə görə, təqribən 1000-ə yaxın şəxs bazar günü Seulda aksiya keçirib. Bu aksiya Şimali Koreyanın rəhbəri Kim Çen İn-in son zamanlar Cənubi Koreya prezidenti Mun Ci İn-i Pxenyana səfərə dəvət etməsinin ardınca baş tutub. Qış Olimpiya Oyunlarında iştirak məqsədi ilə Cənubi Koreyaya səfər edən Şimali Koreya rəhbərinin bacısı Kim Yu Cunq Şimali Koreya rəhbərinin dəvət müraciətini Cənubi Koreya prezidentinə təqdim edib.

Cənubi və Şimali Koreya idmançıları Qış Olimpiya Oyunlarının açılış mərasimində iki koreyanın vəhdət bayrağını daşıyıblar.