Rusiya prezidentliyinə namizəd Putinin namizədliyinin ləğvini istəyib
-
Rusiya prezidentliyinə namizəd Putinin namizədliyinin ləğvini istəyib
Rusiya prezidentliyinə qadın namizəd bu ölkə prezidenti Vladimir Putindən Ali Məhkəməyə şikayət edib və onun namizədliyinin ləğv edilməsini istəyib.
Rossiya Seqodnya İnformasiya Agentliyinin məlumatına görə, Rusiya prezident seçkilərinin qadın namizədi Kseniya Sobçak öz şikayət ərizəsində bildirib ki, Putinin prezident seçkilərində namizədlik və növbəti dövrdə bu vəzifədə işləmək haqqı yoxdur.
O əlavə edib: Putinin dəfələrlə Rusiya prezidenti olduğuna görə, yenidən bu vəzifə ardınca ola bilməz.
Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Maya Qrişina da bu məsələyə reaksiyada deyib: Sobçakın Putin əleyhinə şikayət ərizəsini görüb. Amma Putinin namizədliyinin ləğv edilməsi üçün onun göstərdiyi arqument məntiqli deyildir.
Rusiya Ali Məhkəməsi də Sobçakın şikayət ərizəsini aldığını və bu haqda qərar verilməsi üçün katibliyə təqdim olunduğunu bildirib.
Rusiyada prezident seçkiləri 18 martda keçiriləcək.