Almaniya müxalifəti Ankara qarşısında sərt mövqeyin sərgilənməsini istəyir
https://azeri.sahartv.ir/news/dünya-i295679-almaniya_müxalifəti_ankara_qarşısında_sərt_mövqeyin_sərgilənməsini_istəyir
Türkiyə baş nazirinin Berlində Almaniya kansleri ilə görüşü ərəfəsində Almaniya hökumətinin müxalifəti Angella Merkelin Ankara qarşısında daha sərt və şəffaf mövqe sərgiləməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 15, 2018 13:44 Asia/Baku
  • Almaniya müxalifəti Ankara qarşısında sərt mövqeyin sərgilənməsini istəyir
    Almaniya müxalifəti Ankara qarşısında sərt mövqeyin sərgilənməsini istəyir

Türkiyə baş nazirinin Berlində Almaniya kansleri ilə görüşü ərəfəsində Almaniya hökumətinin müxalifəti Angella Merkelin Ankara qarşısında daha sərt və şəffaf mövqe sərgiləməsini istəyib.

Passauer Neuen Presse qəzetinin yazdığına görə, Almaniya parlamentində müxalifət və solçu partiya fraksiyasının rəhbəri Sahra Wagenknecht Türkiyəyə bütün silah ixracatının dərhal dayandırılması və bu ölkənin Avropa Birliyinə qoşulması üzrə müzakirələrin dayandırılmasını istəyib. 

Almaniyanın Yaşıllar partiyasının yüksək səviyyəli siyasətçilərindən Cem Özdemir də Merkeldən Türkiyə baş naziri ilə müzakirələrində Ankaranın Suriyaya hərbi hücum məsələsini araşdırmasını istəyib. 

Wagenknecht və Özdemir alman jurnalist Deniz Yücelin şərtsiz azad edilməsini istəyiblər. Yücel təxminən bir il öncə Türkiyədə saxlanılıb. 

Almanlar dəfələrlə Türkiyədə saxlanılan Almaniya vətəndaşlarının azad edilməsini istəyiblər. Lakin Ankara Almaniyanın müraciətlərini rədd edib və Berlini terrorizmi dəstəkləməkdə suçlayıb. 

Türkiyə baş naziri Binəli Yıldırım Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edib və cümə axşamı günü kansler Angella Merkellə görüşəcək.