Fev 15, 2018 18:16 Asia/Baku
  • ABŞ-ın embarqoları dünya iqtisadiyytını hədələyir
    ABŞ-ın embarqoları dünya iqtisadiyytını hədələyir

Çin ABŞ-ın ticarət embarqolarının dünya iqtisadiyyatına zərbə vurduğunu bildirib.

ABŞ prezidenti Donald Trampın Pekindən idxal olunan məhsullara yeni gömrük rüsumlarının tətbiq olunmasına dair təhdidindən sonra Çin bildirib ki, ABŞ-ın ticarət embarqoları dünya iqtisadiyyatına zərbə vurur. 

Tramp Çini Birləşmiş Ştatların polad və alüminium sənayesini məhv etməkdə suçlayıb və bildirib ki, bütün seçimlər, o cümlədən rüsumların artırılmasını araşdırır. 

Vaşinqton bundan öncə Çinin məhsullarına gömrük rüsumları tətbiq edib. Bu isə dünyanın iki iqtisadi qüdrəti arasında ticarət savaşı ehtimalını gücləndirir. 

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Gong Şvanq deyib: Proteksionizm və ya birtərəfli siyasətin hər bir nişanəsi dünyanın ticarət məsələlərini problemlə üzləşdirir və dünyanın iqtisadi vəziyyətinin yaxşılaşmasına xəsarət vurur. 

O əlavə edib: Çin və ABŞ arasında bu həcmdə ticarət dövriyyəsinin olması ilə ixtilaflar təbiidir. 

Teqlər