Fev 15, 2018 19:37 Asia/Baku
  • Birləşmiş Ştatlar Çinin inkişafından narahatdır
    Birləşmiş Ştatlar Çinin inkişafından narahatdır

ABŞ hökuməti Çinin inkişafını bir çox sahələrdə nəzarətinin təhlükəyə düşməsinin səbəbi adlandırır.

İRİB-in məlumatına görə, Sakit Okeanda yerləşən ABŞ hərbi qüvvələri qərargahının komandanı admiral Harri Heris çərşənbə günü ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələri Komitəsinin dinləmə iclasında deyib: Çinin dəniz, quru, hava sahələri və kiber savaşdakı potensialları ABŞ-a çatmaqdadır. 

Herris əlavə edib: Çinin diqqəti cəlb edəcək potensiallarının artması ABŞ-ın bir çox sahələrə nəzarətini tezliklə problemlə üzləşdirə bilər. 

Herris bildirib: Bu proses davam etdiyi halda, ABŞ Çin ordusu ilə qarşılaşmada problemlə üzləşəcək. Xüsusilə də Çin Sakit və Hind okeanları ətrafındakı ölkələr üçün özünü etibarlı təhlükəsizlik şəriki kimi təqdim etməyə çalışır. 

ABŞ prezidenti çərşənbə axşamı günü hədələyib ki, Çin əleyhinə yeni iqtisadi sanksiyaları tətbiq edəcək. 

Donald Tramp Pekini ABŞ-ın alüminium və polad sənayesini zəiflətməkdə suçlayıb. Buna görə, bütün seçimlər, o cümlədən Çin əleyhinə rüsumların artırılmasını nəzərdə tutub. 

Tramp Çinin polad və alüminimum ixracına subsidyaları nəzərdə tutması ilə bağlı məlumatlar yayımlandıqdan sonra bu açıqlamanı verib. 

Teqlər