Minlərlə amerikalı müəllim və məktəbli silah gəzdirmək sərbəstliyinə qarşı aksiya keçirdi
Floridada bir məktəbdə dəhşətli insident ardınca minlərlə məktəbli və müəllim ABŞ-da silah gəzdirməyin sərbəst olmasına etiraz olaraq aksiya keçirib.
Hoffington Postun məlumatına görə, Floridanın Parkland şəhərində orta məktəbdə dəhşətli silahlı insident ardınca minlərlə müəllim və məktəbli bu qanlı olaya və silah gəzdirmənin sərbəst olmasına etiraz əlaməti olaraq bu şəhərdə aksiya keçirib.
Aksiyaçılar həmçinin şamlar yandıraraq dəhşətli insidentin qurbanlarının ailələrinin dərdinə şərik çıxıblar.
Çərşənbə günü Nikolas Kruz adlı 19 yaşlı silahlı gənc Stonmen Duqlas məktəbinə girib və atəş açmağa başlayıb. Nəticədə 20 nəfər həlak olub və 50 nəfər də yaralanıb.
ABŞ-da dəhşətli silahlı insidentlərin artmasına rəğmən, bu ölkə prezidenti Donald Tramp silahların məhdudlaşdırılması üçün heç bir addım atmayıb və hətta odlu silah gəzdirməyin tərəfdarı olduğunu bildirib.
Tramp Floridada baş verən hadisəyə ilk rəsmi reaksiyada odlu silahların gəzdirilməsi ilə bağlı qalmaqallı məsələyə toxunmadan sadəcə həlak olanların ailələrinin dərdinə şərik çıxıb.