Texasda qadın məhbusa təcavüz əleyhinə aksiya
ABŞ-ın Texas ştatında miqrantların hüquqlarını müdafiə edən fəallar bir təcridxana məmurlarının qadın məhbusu təcavüzü inkar etməyə məcbur etməsinə etiraz olaraq aksiya keçirib.
İngilis dilli The Guardian qəzeti miqrantların insan haqlarını müdafiə edən bir qrupa istinadla bildirib: Texasda Hato təcridxanasının məmurları təcavüzün qurbanı olan qadının bir məmura qarşı şikayətdən vaz keçməsi üçün onu bir nəfərlik kameraya atıblar.
Bu təcridxananın önündə təxminən 50 nəfər təcavüzün qurbanı olan məhbus qadın Lora Montrosaya dəstək üzrə aksiya keçirib.
Aksiyaçıların dediyinə görə, fiziki problemləri olan Montrosa 60 saat müddətinə təkkamerada saxlanılıb.
Miqrantların hüquqlarını müdafiə edən fəallar deyiblər ki, təcridxana məmurları El Salvadorlu miqrant qadına təzyiq göstəriblər ki, şikayət ərizəsini yanlışlıq kimi göstərsin və şikayətini geri götürsün. Lakin o müqavimət göstərir və təcridxananın ətrafında etirazçılar təcavüzün qurbanı olan bu miqranta dəstəkdən əl çəkməyəcəklər.
Guardianın məlumatına görə, Montrosanın şikayətindən sonra, həmin təcridxanada iki qadın da bildirib ki, təcridxananın bir məmuru tərəfindən cinsi zorakılığa məruz qalıblar.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin statistikasına əsasən, bu ölkədə ildə məhbuslara qarşı cinsi zorakılıq halları ilə əlaqədar mindən çox məlumat daxil olur.