Fev 17, 2018 11:46 Asia/Baku
  • Nüvə anlaşması avropalı şəriklərin kollektiv məhsuludur
    Nüvə anlaşması avropalı şəriklərin kollektiv məhsuludur

Merkel deyib: Tereza Mey ilə İranın nüvə anlaşması haqqında söhbət etdik. Bu anlaşma Almaniya və İngiltərə daxil olmaqla Avropa ölkələrinin razılaşması və kollektiv bir məhsuludur.

Almaniya kansleri Angela Merkel Berlində İngiltərənin baş naziri Tereza Mey ilə birgə mətbuat konfransında deyib: Beynəlxalq problemlərə nəzər salaraq, biz bu gün İranın nüvə məsələsi barədə də danışdıq. Bu anlaşma Almaniya və İngiltərə daxil olmaqla avropalı şəriklərin son dərəcə müştərək və yaxın mövqeləri və rəftarlarının məhsuludur. 

Amma İngiltərənin baş naziri Tereza Mey avropalı ölkələrin ABŞ dövlətinin İrana qarşı mövqelərilə səs-səsə vermələrinin davamında deyib ki, onun ölkəsi Vaşinqton kimi İranın regional fəaliyyətlərindən nigarandır.

Teqlər