Fev 17, 2018 19:55 Asia/Baku
  • Almaniya vətəndaşları ABŞ-ı Rusiyadan daha təhlükəli bilirlər
    Almaniya vətəndaşları ABŞ-ı Rusiyadan daha təhlükəli bilirlər

Almaniya vətəndaşları bu qənaətdədirlər ki, Amerikanın beynəlxalq sülhə qarşı təhdidi Rusiyanın bu sahədəki hədəsindən qat-qat çoxdur.

Berlində yayılmış "2018-ci ilin təhlükəsizlik hesabatı"nda sonra belə deyilir: Almaniya vətəndaşları ona görə ABŞ-ı Rusiyadan daha çox beynəlxalq sülhə qarşı təhdid hesab edirlər ki, Donald Tramp Amerikada hakimiyyət başındadır.

Bu hesabata əsasən, həmçinin Almaniya xalqının 74 faizi İŞİD-i, 48 faizi isə Şimali Koreyanın nüvə böhranını öz ölkəsinə qarşı ən mühüm təhdid adlandırıbdır.

37 faiz də bu qənaətdədir ki, Rusiya ilə Ukrayna arasındakı gərginlik Almaniya üçün maksimum təhdiddir.

Teqlər