Tramp Florida ştatında bir məktəbdə çıxan silahlı insidentdən sui-istifadə etməyə çalışıb
https://azeri.sahartv.ir/news/dünya-i296063-tramp_florida_ştatında_bir_məktəbdə_çıxan_silahlı_insidentdən_sui_istifadə_etməyə_çalışıb
ABŞ prezidenti Federal Tədqiqatlar Bürosunu (FBİ) Florida Ştatındakı silahlı insidentlə bağlı xəbərdarlıqlara laqeyd yanaşmasını və təhlükənin önlənilməsində səhlənkarlığa yol verməsini qınayaraq, bu hadisədə FTB-nin də müqəssir olduğunu deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 18, 2018 16:49 Asia/Baku
  • Tramp Florida ştatında bir məktəbdə çıxan silahlı insidentdən sui-istifadə etməyə çalışıb

ABŞ prezidenti Federal Tədqiqatlar Bürosunu (FBİ) Florida Ştatındakı silahlı insidentlə bağlı xəbərdarlıqlara laqeyd yanaşmasını və təhlükənin önlənilməsində səhlənkarlığa yol verməsini qınayaraq, bu hadisədə FTB-nin də müqəssir olduğunu deyib.

İRİB-nin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp şənbə günü Tvitter səhifəsində paylaşdığı yazıda FTB-ni tənqid atəşinə tutub və Florida Ştatında bir məktəbdə çıxan silahlı insident hadisəsindən sui-istifadə edərək, yazıb: FTB öz işi ilə məşğul olmaq yerinə "Rusiya və Trampın Seçki Kampaniyası arasındakı anlaşmanı" araşdırmaqla məşğuldur.

Tramp FTB-nin Florida Ştatında bir məktəbdə çıxan silahlı insidentlə bağlı xəbərdarlıqlara əhəmiyyət verməməsini tənqid edib və  yazıb: FTB-nin Florida Ştatında bir məktəbdə baş verən silahlı insidentin amili tərəfindən verilən siqnalları diqqətdən yayındırması çox təəssüfləndirici haldır.