Gürcüstanda Əhli-beyt(ə) aşiqləri matəm mərasimi keçirib
https://azeri.sahartv.ir/news/dünya-i296167-gürcüstanda_Əhli_beyt(ə)_aşiqləri_matəm_mərasimi_keçirib
Gürcüstanda Əhli-beyt(ə) aşiqləri həzrət Fatimeyi Zəhranın(s) şəhadətinin ildönümü ərəfəsində dünən gecə matəm mərasimi keçirərək həzrət Peyğəmbərin(s.ə.ə) əziz qızına olan məhəbbətlərini nümayiş etdiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 19, 2018 13:09 Asia/Baku
  • Gürcüstanda Əhli-beyt(ə) aşiqləri matəm mərasimi keçirib
    Gürcüstanda Əhli-beyt(ə) aşiqləri matəm mərasimi keçirib

Gürcüstanda Əhli-beyt(ə) aşiqləri həzrət Fatimeyi Zəhranın(s) şəhadətinin ildönümü ərəfəsində dünən gecə matəm mərasimi keçirərək həzrət Peyğəmbərin(s.ə.ə) əziz qızına olan məhəbbətlərini nümayiş etdiriblər.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, İranın Gürcüstandakı səfirliyi bildirib ki, Gürcüstanın 10 bölgəsində xanım Fatimənin(s) şəhadəti günləri münasibəti ilə matəm mərasimləri təşkil olunub. Dünən gecə və bu gün də Əhl-beyt(ə) aşiqləri Marneuli şəhərində İmam Hüseyn(ə) məscidi və Əhli-beyt mərkəzinin hüseyniyyəsində möhtəşəm matəm mərasimləri keçiriblər. 

Mərasimlərdə çıxış edənlər həzrət Fatimənin(s) fəzilətləri, o həzrətin mövqeyini açıqlayıblar və o həzrəti nümunə götürməyin vacibliyini vurğulayıblar.

Əhli-beyt(ə) məddahları da bu matəm münasibəti ilə növhə oxuyublar.