Amerikada silah gəzdirməyə qarşı aksiya
Fev 22, 2018 09:56 Asia/Baku
Florida ştatında baş verən atışmada ölənlərin ailələri Florida Konqresi qarşısında aksiya keçiriblər.
APTN-nin verdiyi məlumata görə, əksəriyyəti məktəblilərdən ibarət olan aksiya iştirakçıları dünən Florida ştat konqresi qarşısına toplaşaraq Amerikada atışmalara etiraz ediblər.
Məktəblilər AR-15 tipli silhların qadağan edilməsini istəyiblər. Florida ştatında məktəblilərə qarşı həmin silahdan istifadə olunmuşdu.
Aksiyaçılar bildiriblər ki, Florida ştat konqresi üzvləri silah barədə qanunların dəyişdirilməsinə təşəbbüs göstərməzlərsə 2018-ci il seçkilərində rəy qutusu vasitəsi ilə lazımı dəyişikliklər edəcəklər.