Saaşvilinin Ukraynaya girişinə qadağa qoyulub
Fev 22, 2018 09:57 Asia/Baku
Ukraynanın sərhəd qvardiyası Gürcüstanın keçmiş prezidenti və Ukrayna müxalifət liderinin bu ölkəyə girişinə 3 il müddətində qadağa qoyub.
Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, Gürcüstanın keçmiş prezidenti Mixayil Saakaşvilinin vəkili dünən deyib: Bu qərar qeyri-qanunidir və bu hökmə qarşı məhkəməyə şikayət edəcək.
Saakaşvili sentyabrın 10-da yüzlərlə tərəfdarının dəstəyi ilə Polşa sərhəddi vasitəsi ilə Ukraynaya daxil oldu və 12 fevralda Kiyevdə həbs edilərək Polşaya qaytarıldı. Həyat yoldaşı hollandiyalı olan Saakaşvili sonra Hollandiyaya getdi və oradan mübarizələrini davam etdirəcəyini bildirdi.
Saakaşvili və Ukrayna dövləti biri-birlərini korrupsiyada, vəzifədən suistifadədə və dövlət büdcəsini talan etməkdə suçlayırlar.