Saakaşvili Ukrayna prezidentinə "hərbə-zorba" gəldi
https://azeri.sahartv.ir/news/dünya-i296513-saakaşvili_ukrayna_prezidentinə_hərbə_zorba_gəldi
Gürcüstanın sabiq prezidenti Ukrayna prezidentinə xitabən deyib ki, tezliklə Ukrayna həbsxanasında dəmir barmaqlıqlar arxasında onunla görüşəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 22, 2018 17:29 Asia/Baku
  • Mixail Saakaşvili-Gürcüstanın keçmiş prezidenti
    Mixail Saakaşvili-Gürcüstanın keçmiş prezidenti

Gürcüstanın sabiq prezidenti Ukrayna prezidentinə xitabən deyib ki, tezliklə Ukrayna həbsxanasında dəmir barmaqlıqlar arxasında onunla görüşəcək.

İRNA-nın məlumatına görə, Gürcüstanın sabiq prezidenti və Ukraynadan çıxarılan bu ölkə hökumətinin müxalifətinin lideri Mixail Saakaşvili jurnalistlərə Ukraynaya qayıtmaq istədiyini deyib: Tərəfdarlarımdan Ukrayna prezidenti Pyotr Poroşenkonun kənarlaşdırılması və yeni prezidentin seçilməsinədək etirazları davam etdirmələrini istəyirəm. 

Saakaşvilinin hüquqlarını müdafiə edən vəkil Ruslan Çernolotski çərşənbə günü mediaya bildirib ki, onun 2021-ci ilə qədər Ukraynaya getməsi qadağan olunub.