Fev 23, 2018 10:34 Asia/Baku
  • Hollandiya parlamenti erməni qırğınını \
    Hollandiya parlamenti erməni qırğınını \"soyqırım\" adlandırdı

Hollandiya parlamentinin aşağı palatası dünən 1915-ci il erməni qırğınını "soyqırım" kimi tanıyıb. Bu hərəkət ehtimal üzrə sərt Hollandiya-Türkiyə əlaqələrini daha da ağırlaşdıracaq.

Hollandiya parlamentinin aşağı palatasının sədri Xədicə Ərib bildirib ki, bu ölkə parlamenti 142 lehinə və üç əleyhinə səslə həmin qərarı qəbul edib.

Hollandiya parlamentinin aşağı palatası həmçinin aprelin 24-də həmin qırğının ildönümü mərasimində iştirak etmək üçün bu ölkənin nazirlər kabinetinin bir üzvünü Ermənistanın paytaxtı İrəvana göndərməklə razılaşıb.

Ermənilər indiyədək osmanlı imperiyası dövründəki 1915-ci il qırğınının beynəlxalq səviyyədə tanınması üçün əllərindən gələni ediblər.

Türkiyə daim bu qırğın barədə işlədilən "soyqırım" ifadəsini rədd edir.

Hollandiya parlamentinin bu hərəkəti Amsterdam-Ankara əlaqələrini daha da gərginləşdirəcək.

İki ölkə arasındakı çəkişmələr Hollandiyanın Türkiyə əsas qanun referendumunun xeyrinə təbliğat aparmaq məqsədi güdən türkiyəli diplomatalara Hollandiyaya daxil olmaq icazəsi verməməsinin  ardınca şiddətlənibdir.

Teqlər