Misirli uşaq möcüzəli surətdə xilas edilib
https://azeri.sahartv.ir/news/dünya-i296603-misirli_uşaq_möcüzəli_surətdə_xilas_edilib
Misirin polis qüvvələri bank binasının üçüncü mərtəbəsindən yıxılmış uşağı xilas ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2018 09:19 Asia/Baku
  • Misirli uşaq möcüzəli surətdə xilas edilib
    Misirli uşaq möcüzəli surətdə xilas edilib

Misirin polis qüvvələri bank binasının üçüncü mərtəbəsindən yıxılmış uşağı xilas ediblər.

Misirin polis məmurları Asyt məntəqəsindəki banklardan birində tapşırığı yerinə yetirərkən görüblər ki, bir uşaq bank binasının üçüncü mərtəbəsində balkonun məhəccərindən asılı qalıb. Uşağın əli balkonun məhəccərindən üzülən kimi qüvvələrdən biri qəti ölümdən xilas etmək üçün sürətlə onu havada tutur. Uşaq heç bir zərər çəkmədən nicat tapır. Bu hadisədə polis qüvvələrindən biri üz nahiyəsindən xəsarət alaraq, xəstəxanaya köçürülür.

Bu uşağın ailəsi uşaqlarının nicatına səbəb olmuş polis əməliyyatına görə təşəkkür edibdir.