Fev 23, 2018 21:31 Asia/Baku
  • ABŞ-ın Qərbi Virciniya ştatında müəllimlər tətil keçirirlər
    ABŞ-ın Qərbi Virciniya ştatında müəllimlər tətil keçirirlər

ABŞ-ın Qərbi Virciniya ştatında müəllimlərin tətil keçirmələri və bütün dövlət məktəblərinin bağlanması ilə 277 mindən çox şagird təhsildən kənarda qalıb.

Vaşinqton Post yazır ki, ABŞ-ın Qərbi Virciniya ştatında müəllimlər dünən əmək haqqılarının aşağı olmasına etiraz olaraq, dərs otaqlarında hazır olmaqdan çəkiniblər. Onlar qrup halında etiraz etmək üçün bu ştatın mərkəzi olan Çarlston şəhərinin parlament binası önünə toplaşıblar.

Qərbi Virciniya ştatının təhsil nazirliyinin sözçüsü Alisa Kidi deyib ki, bu ştatın bütün 55 məntəqəsinin məktəbləri dünən bağlı olubdur.

Bu tətilin cümə günü də davam etməli olmasına rəğmən, Qərbi Virciniya ştatı məktəblərinin baş direktoru bir bəyanatda müəllimlərin tətilini qanunsuz adlandırıb.

Qərbi Virciniya ştatının müəllimlər birliyinin bildirdiyinə görə, bu ştatda yenicə işə başlamış müəllimlərin əmək haqqısı ildə 32 min 435 dollardır və daha çox staja malik müəllimlərin illik əmək haqqısı isə 44 min 701 dollardır.

Teqlər