Ruhinca müsəlmanlarının evləri dağıdılır
İnsan haqları gözətçiləri təşkilatı bildirib ki, peyk vasitəsi ilə əldə olunan görüntülərdən məlum olur ki, Myanmanın Raxin vilayətində Ruhinca müsəlmanlarına aid olan evlər hələ də ordu qüvvələri tərəfindən dağıdılır.
İRNA-nın verdiyi məlumata görə, İnsan haqları gözətçiləri təşkilatının hesabatında deyilir: Bu təşkilatın son vaxtlar araşdırdığı peyk görüntüləri göstərir ki, fevralın 9-13-cü günlərində Raxinin şimalında ruhinca müsəlmanlarına məxsus iki kənd dağıdılıb və bu prosses hələ də davam edir.
Təşkilat BMT təhlükəsizlik şurası və baş assambleyanı dərhal öz nüfuzundan istifadə edərək ruhinca müsəlmanlarının mənzillərinin dağıdılması prossesini dayandırmağa çağırıb.
İnsan haqları gözətçiləri təşkilatının hesabatına görə Myanma ordusu 2017-ci ilin axırlarından başlayaraq ən azı 55 kəndi Raxinin şimalında məhv edib və mənzilləri yandırıb.
Birləşmiş Millətlər Təşkilatının Didərginlər üzrə komisarı Filippo Qrandi isə bildirib ki, faktlara görə Raxim vilayətində ruhinca müsəlmanları üçün şərait hələ də gərgin olaraq qalır və hər gün onlarla müsəlman Banqladeş sərhəddində bufer zonasına daxil olur.
BMT myanma ordusunu Raxin vilayətində etnik təmizləmə əməliyyatında ittiham edir.
Myanma ordusu və ifratçı buddistlərinin Raxin vilayətində ruhinca müsəlmanlarına qarşı cinayətləri nəticəsində 2017-ci il 25 avqustdan bu günədək minlərlə müsəlman qırğın edilib yaralanıb və yüz minlərlə müsəlman da didərgin düşüb.