Fev 25, 2018 09:32 Asia/Baku
  • nın yüksək səviyyəli rəsmi heyəti Cənubi Koreyaya səfər edib
    nın yüksək səviyyəli rəsmi heyəti Cənubi Koreyaya səfər edib

Şimali Koreyanın yüksək səviyyəli rəsmi heyəti bu ölkənin hakim Əmək Partiyasının Mərkəzi Komitəsinin sədr müavininin rəhbərliyi ilə Cənubi Koreyaya səfər edib. Bu heyət Qış Olimpiya Oyunlarının bağlanış mərasimində iştirak edəcək.

İRNA-nın məlumatına görə, Şimali Koreyanın Əmək Partiyasının iki Koreya məsələləri üzrə önəmli rəsmilərindən olan Kim Yunq Çul 8 nəfərlik bir heyətin başında Cənubi Koreyaya səfər edib. 

İki Koreyanın Qış Olimpiya Oyunlarında bir-birinə yaxınlaşması ötən il Şimali Koreyanın ardıcıl olaraq həyata keçirdiyi raket və nüvə sınaqları üzündən yüksələn gərginlik dalğasının ardınca baş tutub. 

ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın başçılıq etdiyi Amerikan heyətin Qış Olimpiya Oyunlarının bağlanış mərasimində iştirak, mərasimin kənarında Amerika və Şimali Koreya nümayəndələri arasında görüşün baş tutması ehtimalını gücləndirib. 

Şimali Koreya QIş Olimpiya Oyunlarının açılış mərasiminə bu ölkə rəhbərinin bacısı Kim Yo Junq və bu ölkənin 2-ci ən mühüm adamı olan Kim Yunq Namı göndərmişdi. 

Teqlər