Şimali Koreyanın nümayəndə heyəti Cənubi Koreyada etirazlarla üzləşib
Cənubi Koreya vətəndaşlarından ibarət onlarla nəfər Şimali Kareyanın nümayəndə heyətinin Qış Olimpiya Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün bu ölkəyə səfər etməsinə etiraz olaraq, nümayəndə heyətinin hərəkət etdiyi yolda piket keçirib.
Yunhap-ın verdiyi məlumata görə, sayı təqribən 100 nəfərə çatan və əsasən mühafizəkar parlament üzvləri və cənubi koreyalı fəallardan ibarət olan piket iştirakçıları habelə, 2010-cu ildə sulara qərq olmuş Cənubi Koreya gəmisində həyatını itirənlərin yaxınları bazar günü Şimali Koreyanın yüksək səviyyəli nümayəndə heyətinin Şimali Koreyaya səfər etməsinə etiraz olaraq yolu bağlayıblar.
Amerika və Cənubi Koreya Şimali Koreya ordusunun Kəşfiyyat Xidmətinin sabiq rəisi Kim Yunq Çulun Cənubi Koreyanın dəniz qüvvələrinə aid gəminin 2010-cu ildə qərq olmasının əsas səbəbkarı hesab edirlər. Şimali Koreya isə bu xüsusda heç bir ittihamı qəbul etmir.
Cənubi Koreya polisi aksiya iştirakçılarına müdaxilə edərək, onları dağılışmağa məcbur edib. Şimali Koreyanın nümayəndə heyəti isə təyin olunmuş marşrut üzrə Seula daxil olub.