ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün vaxtın təyin edilməsi pislənilib
İran İslam Şurası Məclisində Fələstin İntifazəsini himayə üzrə beynəlxalq konfransın daimi katibliyi ABŞ-ın bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün vaxtın təyin edilməsi üzrə təhrikedici hərəkətini pisləyibdir.
İran İslam Şurası Məclisində Fələstin İntifazəsini himayə üzrə beynəlxalq konfransın daimi katibliyi bir bəyanat yayaraq bildirib: Amerikanın bu ölkə səfirliyinin Qüds şəhərinə köçürülməsi üçün vaxtın təyin edilməsi barədəki iddiası təhrikedici hərəkət olaraq, İslam və ərəb ümməti və Fələstin xalqının emosiyalarına xələl gətircəkdir.
Bu bəyanatda deyilir: Şübhəsiz, Amerika dövləti və sionist rejimin işğal olunmuş ərazilərdəki hərəkətləri heç vaxt Fələstin xalqının tarixi həqiqətlərinin təhrif olunmasına səbəb olmayacaq və "Qüdsü işğal etmiş rejim"ə heç bir qanunilik verməyəcəkdir.
Regional və beynəlxalq müxalifətlərə rəğmən, ABŞ dövlət departamenti bu ölkə səfirliyinin 2018-ci il mayın 14-də Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürüləcəyindən xəbər verib.
Mayın 14-ü, saxta sionist rejimin təsis edilməsinin yetmişinci ildönümü gününə təsadüf edir ki, fələstinlilər onu "bədbəxt gün" adlandırırlar.