Fev 26, 2018 11:43 Asia/Baku
  • Minlərlə fəhlə və işçi Nyu-York və Vaşinqtonda aksiya keçirib
    Minlərlə fəhlə və işçi Nyu-York və Vaşinqtonda aksiya keçirib

Ədalətsizliyə etiraz edən yüzlərlə amerikalı fəhlə və işçi Vaşinqton Di.Si.(Washington DC)-nin "Freedom Plaza" meydanında etiraz aksiyası keçirib.

Əllərində, üzərlərində "Zənginlərə yox, yoxsullara dəstək verin!", "Zorakılıq yetər!" və "Biz iqtisadi ədalət və bərabərlik üçün sizin kənarınızdayıq!" şüarları yazılmış plakatlar tutmuş etirazçılar Tramp dövlətinin siyasətlərini pisləyiblər.

Nyu-Yorkda da oxşar etiraz aksiyaları keçirilib.

Nyu-York ştatının qubernatoru aksiyaçıların qarşısında çıxış edərək, deyib: Biz Amerikanın fəhlə qadın və kişiləri ilə düşmən olduğunu elan etmiş federal bir dövlətə malikik.

Minlərlə nəfərin ali məhkəmənin hökmünə etiraz olaraq Nyu-Yorkda keçirdiyi aksiya həmkarlar ittifaqlarının hüquqlarını təsir altına bilər.

Nyu-York ştatının qubernatoru Endryu Kuomo aksiyaçıların qarşısında çıxış edərək, deyib: Biz Amerikanın fəhlə qadın və kişiləri ilə düşmən olduğunu elan etmiş federal bir dövlətə malikik. Onlar orta təbəqəyə və fəhlə hərəkatına qarşı müharibə elan ediblər.

Kuomo bildirib ki, fəhlələr bütün Amerikada hədəfə alınıblar. O, əlavə edib: Tramp öz seçki kampaniyasında fəhlələrə dəstək iddiası ilə çıxış edərək, bir çox amerikalını aldatdı.

 

Teqlər