Livan Hizbullahı ABŞ səfirliyinin Qüdsə köçürülməsinə pislədi
Livan Hizbullahı ABŞ səfirliyinin Qüdsə köçürülməsi zamanının təyin olunmasına reaksiyada bir bəyanat verərək ərəb, islam xalqları və dünya azadlıqsevərlərinin bu qərara qarşı təsirli addımlar atmasını istəyib.
ABŞ hökumətinin bəzi rəsmiləri ötən cümə günü bildiriblər ki, Birləşmiş Ştatların səfirliyi 2 ay sonra 14 may 2018-də Nikbət günündə, İsrail rejiminin təşkil olunduğu gündə Qüds şəhərində fəaliyyətə başlayacaq.
İRNA-nın məlumatına görə, ötən gün yayımlanan Livan Hizbullahının bəyanatında bildirilib: ABŞ səfirliyinin 2018-ci il may ayının ilk yarısında Qüdsə köçürülməsi zamanının təyin olunması üzrə qərar, ABŞ prezidenti Donald Trampın başladığı qərarın təkmilləşdirilməsidir. Livan Hizbullahı bu qərarı Qüdsün yəhudiləşdirilməsi və Fələstin məsələsinin unudulmasının davamı hesab edir.
Livan Hizbullahı bu bəyanatda müqavimət və intifazəni işğal olunmuş ərazilərin geri alınmasının yeganə yolu adlandırıb və bildirib: Bəzi ərəb ölkələrinin rəsmi səviyyədə əlbirliyi Vaşinqtonu öz səfirliyini Qüdsə köçürmək və köçürülmə prosesini sürətləndirməyə təşviq etdi.