Mart 01, 2018 09:38 Asia/Baku
  • Trampın Qüdsə qarşı qərarından bəri 35 fələstinli şəhid edilib
    Trampın Qüdsə qarşı qərarından bəri 35 fələstinli şəhid edilib

2017-ci il 6 dekabrda ABŞ prezidenti Donald Trampın Qüdsə qarşı qərarından sonra sionist rejim hərbçiləri ilə toqquşmalarda 35 fələstinli şəhid edilib.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Qüds üzrə araşdırma müəssisəsi bildirib ki, Trampın 6 dekabrda ABŞ səfirliyinin Təl-Əvivdən Beytül-Müqəddəsə köçürülməsinə dair qərarından sonra İordan çayının qərb sahili və qəzzə zolağında eləcə də 1948-ci ildə işğal edilmiş ərazilərdə fələstinli şəhərlər fələstinlilərlə sionist hərbçilər arasında toqquşmalar meydanına çevriliblər. 

Bu fələstin müəssisəsi bildirib ki, 6 dekabrdan bəri sionist hərbçilərlə toqquşmalarda şəhid olan fələstinlilərdən 11 nəfəri 18 yaşından az olan uşaqlardan ibarət olub. 

Sionist rejim hərbçilərinin fələstinlilərlə toqquşmalarında minlərlə fələstinli yaralanıb və mindən çox fələstinli də həbs edilib. 

ABŞ Dövlət Departamenti isə bildirib ki, 2018-ci il 14 mayda bu ölkənin Təl-Əvivdəki səfirliyini işğal olunmuş Qüdsə köçürəcək. 

14 may 1948-ci il fələstin ərazilərinin sionist rejim tərəfindən işğalının ildönümü günü olaraq " nikbət günü" kimi qeyd olunur. 

Teqlər