Putin: Rusiya və müttəfiqlərinə qarşı nüvə hücumunun cavabı nüvə hücumu olacaq
Rusiya prezidenti Vladimir Putin ölkəsinə və Rusiyanın müttəfiqlərinə qarşı nüvə hücumuna cavabın, dərhal və nəticəsini fikirləşmədən, nüvə hücumu olacağını deyib.
İRNA-nın məlumatına görə, Vladimir Putin cümə axşamı Rusiyanın dövlət rəsmiləri, parlament üzvləri, ordu komandanları və dini rəhbərləri qarşısında etdiyi çıxışında Rusiyanın ötən bir ildə beynəlxaq arenadakı rəftarlarını dünyanın ən güclü ordusu olaraq Amerika qarşısında əzələ nümayişi adlandırıb.
Putin Rusiyanın dünyada misilsiz strateji silahlara malik olduğunu deyərək, əlavə edib: Dəfələrələ Amerikaya bildirilib ki, bu ölkənin RƏM sistemi Rusiyanın təhlükəsizliyi üçün bir təhdid sayılır. Amma, Vaşinqton birtərəfli hərəkətlərini davam etdirir.
Putin həmçinin deyib: Heç kim dünya üçün nüvə təhdidini əhəmiyyətsiz hesab etməməlidir. Əksinə, müzakirə masasının arxasına keçməli və beynəlxalq təhlükəsizlik üçün ortaq anlaşmaya nail olmaq lazımdır.
Rusiya prezidenti ölkəsinin beynəlxalq təşkilatlar ilə yaxın əməkdaşlığa malik olduğunu deyərək, əlavə edib: Ümidvaram Qərb xüsusilə Amerika ağıllı rəftar etsini və insaflı əməkdaşlığa əsaslanan əlaqələr barədə fikirləşsin.
Putin həmçinin, bir neçə modern hərbi təchizatın təqdimatını həyata keçirib.