Mart 02, 2018 10:03 Asia/Baku
  • Venesuela prezident seçkiləri təxirə salındı
    Venesuela prezident seçkiləri təxirə salındı

Venesuela Seçki Komissiyası cümə axşamı günü bildirib: Prezident seçkiləri hökumət və bəzi müxalifət partiyasının razılaşması ilə bir ay təxirə salınıb.

İRNA-nın məlumatına görə, Venesuela Seçki Komissiyası xatırladıb: 22 apreldə keçirilməsi planlaşdırılan prezident seçkiləri may ayının ikinci yarısında təşkil olunacaq. 

Hazırkı prezident Nikolas Maduro və hökumətin müxalifət rəhbərlərindən biri Henri Falkon ötən çərşənbə axşmaı günü növbəti prezident seçkilərində iştirak edəcəyini rəsmən elan etdi. 

Maduronun 2018-ci il prezident seçkilərinə namizədliyini irəli sürməsi ilə yanaşı qeyd edək ki, bu ölkə ötən bir neçə ayda müxalifətin aksiyaları və iğtişaşlarının şahidi olmuşdur. 

Vaşinqton Venesuela hökumətinə embarqo tətbiq etmək və müxalifəti dəstəkləməklə anti-ABŞ mövqeyi olan Nikolas Maduronun qanuni hökumətini devirməyə çalışır. 

Teqlər