Rusiya səfirliyi Suriyada kimyəvi silahdan istifadə ittihamına reaksiya verdi
Rusiyanın ABŞ-dakı səfirliyi Suriyada kimyəvi silahdan istifadədə Moskvanın məsuliyyət daşımasına dair Vaşinqtonun iddiasını utandırıcı adlandırıb.
Tass Xəbər Agentliyinin məlumatına görə, Rusiyanın ABŞ-dakı səfirliyi bir bəyanatda bildirib: ABŞ Dövlət Departamenti sözçüsünün Rusiyanın Suriyada kimyəvi silahdan istifadə etməsi haqdakı son iddiası əsassız və çox utandırıcı ittihamdır.
ABŞ Dövlət Departamentinin sözçüsü Heater Nauert cümə axşamı günü deyib ki, Birləşmiş Ştatlar Suriyada kimvəvi silahdan istifadə haqda hələlik kimsəyə qarşı sanksiya tətbiq etmir. Lakin Rusiyanı Suriya ordusunun zəhərli maddələrdən istifadə etməsində məsuliyyətli hesab edir.
Rusiyanın ABŞ-dakı səfirliyi bildirib: Vaşinqton Dəməşqin zəhərli maddələrdən istifadə etməsinə dair əsassız iddiadan Suriya əleyhinə geosiyasi gediş üçün vasitə kimi istifadə edir.