Şaxta və tufan Avropa və Amerikanı bürüyüb
Şaxta Avropanı bürüməkdə davam edir. Belə bir halda, tufan Amerikanın şimal-şərq bölmələrini bürüyübdür.
Avropadakı sərt şaxtalar güclü qar yağıntısına, temperaturun kəskin tərzdə aşağı düşməsinə və buzlaşmaya səbəb olubdur. İngiltərə və İrlandiya "Ema" adlı tufanla əlbəyaxa olmaqda davam edirlər. Güclü qar yağıntısı və buzlaşma hava limanlarının bağlanmasına səbəb olub. 24 min evin və ticarət məkanının işığı kəsilibdir.
İngiltərədə ordudan istənilibdir ki, qarda ilişib qalmış minlərlə sürücüyə yardımda iştirak etsin. Tufan həmçinin Amerikanın şimal-şərq bölmələrini bürüyübdür. Virciniyada güclü qar yağıntısı qatarların hərəkətinin dayandırılmasına və uçuşların ləğv edilməsinə səbəb olubdur.
Küləyin sürəti saatda yüz kilometrə çatıb və Amerika hökuməti paytaxtdakı bəzi orqanları tətil etməyə məcbur olubdur. Tufan minlərlə uçuşun ləğvinə səbəb olubdur.