Mart 08, 2018 10:53 Asia/Baku
  • İngiltərə parlamentinin üzvləri Tereza Meyi lağa qoyublar
    İngiltərə parlamentinin üzvləri Tereza Meyi lağa qoyublar

İngiltərə parlamentinin aşağı palatasının üzvləri bu ölkənin baş naziri Tereza Meyin Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın İngiltərəyə gəlişi ilə bağlı xoş sözlərini lağa qoyublar.

İngiltərənin baş naziri Tereza Mey bu ölkə parlamentindəki çıxışında deyib: Ərəbistanla əlaqələr mühüm və tarixidir və bir qrup İngiltərə vətəndaşının həyatının qorunmasına səbəb olubdur.

İngiltərənin baş naziri İngiltərə parlamentinin aşağı palatasının Ərəbistanla əlaqələr barədəki iclasında öz nazirlər kabineti üzvlərinin çeynənmiş cavablarını dəfələrlə təkrar edibdir.

İngiltərə baş nazirinin Səudiyyə Ərəbistanı rejimi ilə geniş siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrini müdafiə istiqamətindəki təkrar sözləri dəfələrlə müxalif partiyaların nümayəndələrinin müxalifətilə üzləşibdir.

Teqlər