Mart 08, 2018 11:38 Asia/Baku
  • Londondakı etirazçılar: Ərəbistan vəliəhdi hərbi canidir
    Londondakı etirazçılar: Ərəbistan vəliəhdi hərbi canidir

İngiltərənin paytaxtı London dünən Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın İngiltərəyə səfərinə qarşı aksiyalar səhnəsi olubdur.

Səud vəliəhdinin İngiltərə başçıları ilə görüşləri ilə bir zamanda müharibəyə qarşı fəallar və müxtəlif qrupların nümayəndələri Londonun mərkəzində İngiltərə baş nazirinin ofisi önünə toplaşaraq, səud rejiminin xüsusən müdafiəsiz Yəmən xalqını qırğın etmək üzrə cinayətlərini açıqlayıb və İngiltərə hökumətinin insan haqları pozucularına və canilərə dəstək verməsini kəskin tənqid atəşinə tutublar.

Anti-müharibə qrupları Yəmənə qarşı hücumların və səud rejiminə siyasi və silah dəstəyinin verilməsinin tez bir zamanda dayandırılmasını tələb ediblər.

Teqlər