Amerika Çinin Afrikada artan nüfuzundan nigarandır
https://azeri.sahartv.ir/news/dünya-i297991-amerika_Çinin_afrikada_artan_nüfuzundan_nigarandır
Afrika məsələləri üzrə bir amerikalı general ABŞ-ın müdafiə naziri Ceym Mettisə ünvanladığı məktubda Çinin Afrikada artan nüfuzundan nigarançılıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2018 12:10 Asia/Baku
  • Amerika Çinin Afrikada artan nüfuzundan nigarandır
    Amerika Çinin Afrikada artan nüfuzundan nigarandır

Afrika məsələləri üzrə bir amerikalı general ABŞ-ın müdafiə naziri Ceym Mettisə ünvanladığı məktubda Çinin Afrikada artan nüfuzundan nigarançılıq edib.

Tomas Ualdhauzer ABŞ konqresindəki çıxışında Çinin Cibutidə yerləşən mühüm bir limanın nəzarətini ələ keçirməyə dair hərəkətinin nəticələri barədə xəbərdarlıq edib.

Çin bundan öncə Cibutidə ABŞ hərbi bazasının bir neçə milliyində bir hərbi baza yaradıbdır.

Cibuti strateji baxımdan Süveyş kanalının istiqamətində və Qırmızı dənizə cənub girəcəyində yerləşir.

Ualdhauzer deyib: Əgər Çin bu limandan istifadəyə məhdudiyyətlər tətbiq edərsə, Amerikanın Cibutidəki hərbi bazasına sursatların çatdırılması prosesi və ABŞ-ın dəniz qüvvələrinin gəmilərinin bu ölkədə yanacaqdoldurma qabiliyyəti problemlə üzləşə bilər.