Xəzərin sahilində yerləşən 5 ölkə Türkmənistanda bir araya gəlir
Cümə günü Türkmənistanın paytaxtı Aşqabadda Xəzər dənizinin sahilində yerləşən 5 ölkənin rəsmiləri və mütəxəssislərinin iştirakı ilə "Xəzər dənizi - davamlı inkişaf və idarəetmə" adlı regional təlim kursuna start verilib.
İRNA-nın məlumatına görə, bu təlim kursu Türkmənistanın Xarici İşlər Nazirliyin, Türkmənistan prezidentinin yanında fəaliyyət göstərən Xəzər dənizi dövlət müəssisəsi və Beynəlxalq Okeanlar Müəssisəsi arasında əldə edilmiş ahəngdarlıq nəticəsində keçirilir. Təlim kursu 10 gün davam edəcək.
İran bu təlim kursuna 3 nümayəndə göndərib.
Bu təlim kursunun keçirilməsində məqsəd neft və qaz, balıqçılıq, su və meteorologiya, dəniz yolu ilə yüklərin daşınması, turizm, ekologiyanı mühafizə və sərhədçilik sahələri ilə bağlı mütəxəssislər və ekspertlərin bacarığını təkmilləşdirməkdir.
Bu təlim kurslarında Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistanın nümayəndələri iştirak edirlər.