Mart 10, 2018 22:36 Asia/Baku
  • Britaniyada müsəlmanlara qarşı cinayətə çağırılır
    Britaniyada müsəlmanlara qarşı cinayətə çağırılır

Sosial şəbəkə istifadəçiləri Britaniyada müsəlmanlara qarşı cinayət törədilməsinə açıq-aşkar çağırışlardan xəbər verirlər.

İRNA-nın verdiyi məlumata görə, sosial şəbəkələrin istifadəçiləri naməlum mənbədən poçt vasitəsi ilə Britaniya vətəndaşlarının ünvanına göndərilən "müsəlmanların cəzalandırılması günü" başlıqlı təhdid xarakterli məktublardan xəbər veriblər. 

Bu məlumata görə, bu məktublar 2018-ci il 3 aprelin müsəlmanların cəzalandırılması günü olduğunu bildirir və oxucunu müsəlmanlara qarşı zorakılığa dəvət edir. 

Bu məktubda müsəlmanlara qarşı hər bir zorakı hərəkətə imtiaz verilir. Söyüş söləmək, müsəlman qadının başından örtüyünü çəkmək, müsəlmanın üzünə turşu səpmək, biçaqla hücum və məscidlərə bomba yerləşdirmək kimi cinayət əməllərinə 10-dan 1000-dək bal verilir. 

Teqlər