Avropa Birliyi Ukraynaya 1 milyard avro yardım edəcək
https://azeri.sahartv.ir/news/dünya-i298219-avropa_birliyi_ukraynaya_1_milyard_avro_yardım_edəcək
Avropa Komissiyası bildirib ki, Ukraynaya növbəti maliyyə yardımlar 1 milyard avro təşkil edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 10, 2018 19:07 Asia/Baku
  • Avropa Birliyi Ukraynaya 1 milyard avro yardım edəcək
    Avropa Birliyi Ukraynaya 1 milyard avro yardım edəcək

Avropa Komissiyası bildirib ki, Ukraynaya növbəti maliyyə yardımlar 1 milyard avro təşkil edəcək.

İSNA-nın verdiyi məlumata görə, Avropa Komissiyasının sədr müavini Vladislav Dmitriyevski deyib: Avropa Şurası və Avropa Parlamenti Ukraynaya 1 milyard avrodan ibarət böyük həcmdə maliyyə yardımı layihəsini icra edir. 

Avropa Komissiyasının sədr müavini deyib: Yeni layihə Ukrayna iqtisadiyyatında infrastruktur islahatların həyata keçirilməsi və sabitliyin yaradılması məqsədini nəzərdə tutur. 

Bu AB-nin Ukraynaya iri həcmli 4-cü maliyyə yardımıdır. 

Ukrayna öncə iki mərhələdə 3 milyon və 1 milyard avroluq kreditlər almışdır.