Slovakiyada baş nazirə istefa tələbi
Mart 10, 2018 22:40 Asia/Baku
Slovakiyada on minlərlə əhali dünən gecə paytaxt Bratislavada etiraz aksiyası keçirərək baş nazir Robert Fikoya istefa tələb edib.
İRİB-in verdiyi məlumata görə, toplantı Yan Kuçiak adlı bir jurnalistin qətlə yetirilməsindən sonra keçirilib.
27 yaşlı Yan Kuçiak ölkənin yüksək çinli rəsmilərinin korrupsiya əməlləri və onların İtaliya mafiyası ilə əməkdaşlıqları barədə apardığı araşdırmaların nəticələrini yayarkən qətlə yetirilibş.
Kuçiak və onun adaxlısı Fevralın 25-də güllə ilə hədəfə alınaraq qətlə yetirildilər.
Aksiyaçılar üzərində İstefa yazılmış plakatlar daşıyıblar.
Ötən həftə də Slovekiyada minlərlə adam paytaxtda aksiya keçirərək baş nazir Robert Fiko və daxili işlər naziri Robert Kalinakın istefa vermələrini istəmişdi.