Mart 11, 2018 13:12 Asia/Baku
  • Avropa və Amerika arasındakı müzakirələr nəticəsiz olub
    Avropa və Amerika arasındakı müzakirələr nəticəsiz olub

Avropa Birliyinin ABŞ hökumətinin ölkəyə idxal edilən alüminium və polad üçün təyin etdiyi yeni gömrük rüsumlarından azad edilməsi ilə bağlı iki tərəf arasında aparılan müzakirələr nəticəsiz başa çatıb.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Avropa Birliyinin ticarət məsələləri üzrə ali komissarı Sisiliya Malstrom şənbə günü ABŞ-ın ticarət nümayəndəsi Robert Laytizeriin iştirakı ilə keçirilən iclasın sonunda deyib: Avropa Birliyi Vaşinqtonun polad və alüminium üçün təyin etdiyi yeni gömrük taarifləri ilə bağlı heç bir güzəşt əldə edə bilməyib.

Avropa birliyinin ticarət məsələləri üzrə ali komissarı həmçinin deyib: Yeni taariflərin Avropa Birliyinə şamil edilməməsi barədə hansısa aydın bir nəticə əldə edə bilmədik və danışıqlar gələn həftə davam etdiriləcək.

Donald Tamp 8 martda 2 sənəd imzalayaraq, polad və alüminium üçün gömrük rüsumlarını müvafiq olaraq 25 və 10 faiz təyin edib.

Avropa Birliyi Amerikaya yeni gömrük taariflərindən azad edilməsi üçün 90 gün möhlət verib. Əks təqdirdə Avropa Birliyi qarşılıqlı tədbirlər görəcəyini bildirib.

Teqlər