Mart 11, 2018 21:47 Asia/Baku
  • Çində prezidentlik ömürlük oldu
    Çində prezidentlik ömürlük oldu

Çin Konqresi bu ölkədə prezidentlik və prezident müavini vəzifələri üçün 2 dəfədən artıq seçilməmək məhdudiyyətini ləğv edib.

İSNA-nın verdiyi məlumata görə, Çin Xalq Konqresi bazar günü öz iclasında yekdilliklə qərar qəbul edərək, prezidentlik və prezident müavinliyi üçün iki dəfədən artıq seçilməmək məhdudiyyətini ləğv edib

Çin Xalq Respublikasında konstitusiyaya dəyişiklik 2958 lehinə və 2 bitərəf səslə qəbul edilib.

Hakim partiyanın tərəfdarları bazar günü çıxarılan qərarın xalq tərəfindən dəstəkləndiyinə inanırlar.

Teqlər