Mart 12, 2018 12:24 Asia/Baku
  • Berlində bir məscid yandırılıb
    Berlində bir məscid yandırılıb

Berlində bir məscid qəsdən yandırılıb.

Almaniya polisi dünən gecə bildirib ki, üç ekstremist yeniyetmə Berlinin Rinkendorf məntəqəsində bir məscidi yandırıb.

Bu məscidin daxili hissəsi tam şəkildə zərər çəkibdir.

Türkiyə dövlətinin tabeliyində olan "Türkiyə Dini İşlər İslami birliyi" Berlindəki "Koka Sinan" məscidini idarə edir.

Berlin polisi həmçinin bildirib ki, bu məscidin yanması barədə təhqiqatlar davam edir, amma belə görünür ki, bu hərəkət siyasi məqsədlərlə həyata keçirilibdir.

Ankara-Berlin əlaqələri təqribən bir il bundan öncədən və Almaniya dövlətinin Türkiyənin siyasi şəxsiyyətlərinə Almaniyadakı türkmənşəlilər arasında iştirak və çıxış icazəsi vermədiyi Türkiyə əsas qanununun dəyişdirilməsi üzrə referendum mübarizələri dövründən bəri son dərəcə kəskinləşibdir.

Teqlər