İspaniyada separatçıların aksiyası
İspaniyanın Kataloniya məntəqəsindən olan on minlərlə separatçı Barselonada aksiya keçirib.
Barselona polisi bildirib ki, separatçıların "Kataloniya Milli Cəmiyyəti" adlı cəmiyyətinin çağırışı ilə təqribən 45 min nəfər bazar günü bu şəhərdə aksiya keçirib.
"Kataloniya Milli Cəmiyyəti"nin sədr əvəzi Aqusti Alkoberro bildirib ki, iki milyon Kataloniya vətəndaşı respublikanın təşkilini istəyir.
Belə bir halda, Kataloniya məntəqəsinin separatçıları ötən 21 dekabr seçkilərində regional parlament yerlərinin əksər hissəsini qazanmış olsalar da, hazırda regional bir dövlətin yaradılması barədə fikir birliyinə malik deyillər.
Kataloniya, İspaniyanın baş naziri Mariya Raxoy tərəfindən onun muxtariyyətinin ləğv olunduğu dörd ay bundan öncədən Madridin birbaşa nəzarəti altına keçibdir. Raxoyun fərmanı Kataloniya məntəqəsinin İspaniyanın mərkəzi dövlətinin müxalifətinə rəğmən, separatçılıq barədə referendum keçirməsindən bir neçə həftə sonra verilibdir.