İnsan Haqları Gözətçiləri Pompeo və Haspeli işkəncə hamiləri adlandırıb
İnsan Haqları Gözətçiləri Təşkilatı Mayk Pompeonun ABŞ dövlət katibi və Cina Hapelin MKİ-nin yeni rəhbəri vəzifələrinə təqdim edilmələrini qınayıb.
Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, İnsan Halqları Gözətçiləri Təşkilatı bir bəyanat yayaraq bildirib: ABŞ senatı işkəncəyə dəstək keçmişlərini nəzərə alaraq Mayk Pompeonun dövlət katibi və Cina Haspelin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sədri vəzifələrinə təyin edilmələrinə mane olmalıdır.
Bəyanatda deyilir: Pompeo ABŞ dövlətinin istintaqda zorakılığa yol verilməsini pisləməyib və məhz buna görə də onun dövlət katibi təyin ediləcəyi təqdirdə onun baxış tərzinin beynəlxalq ictimaiyyətə ziyan vuracağı gözləniləndir.
Nyu-York qəzetinin bildirdiyinə görə isə, Hapel də bir ay ərzində 83 dəfə süni boğulma metodu ilə işkəncə edilmiş Əbu-Zübeydə adlı müttəhimə nəzarət məsuliyyətinə malik olub. Həmin müttəhimə qarşı işkəncələrdən sonra məlum olub ki, onun ətraflı məlumatı yox imiş.
ABŞ senatı Pompeo və Haspelin səlahiyyətlərinin təsdiqlənməsi üçün aprel ayında dinləmə iclası keçirəcək.