Rusiya Britaniyanı qarşılıqlı hərəkətlə hədələdi
https://azeri.sahartv.ir/news/dünya-i298659-rusiya_britaniyanı_qarşılıqlı_hərəkətlə_hədələdi
Rusiyanın Avropa Birliyindəki nümayəndəsi Britaniya baş nazirinin təhdidləri haqda deyib: Rusiyanın Londonun təhdidlərindən qorxusu yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 14, 2018 17:57 Asia/Baku
  • Rusiya Britaniyanı qarşılıqlı hərəkətlə hədələdi

Rusiyanın Avropa Birliyindəki nümayəndəsi Britaniya baş nazirinin təhdidləri haqda deyib: Rusiyanın Londonun təhdidlərindən qorxusu yoxdur.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rusiyanın Avropa Birliyindəki nümayəndəsi Vladimir Yekov çərşənbə günü deyib: Moskvanın Londonun təhdid dilindən heç bir qorxusu yoxdur.

Rusiya Federasiya şurasının beynəlxalq məsələlər üzrə komissiyası sədrinin birinci müavini Vladimir Gubarov da deyib: Rusiya rus diplomatlarının qovulması üzrə Britaniyanın hərəkətinə qarşılıqlı cavab verəcək.

Rusiyanın Londondakı səfirliyi də çərşənbə günü Britaniyanın rus casusun zəhərlənməsi ilə bağlı qərarını pisləyərək bu hərəkəti düşmənçilik və qəbuledilməz adlandırıb.