Rusiya: Britaniya qarşıdurma yolunu seçib
https://azeri.sahartv.ir/news/dünya-i298665-rusiya_britaniya_qarşıdurma_yolunu_seçib
Rusiyanın Xarici İşlər Nazirliyi Britaniyanın Rusiyanın bu ölkədəki keçmiş agenti Sergey Skripalın zəhərlənməsində Moskvanın əlinin olmasına dair iddiası və bu iddiadan mənşə alan tədbirlər barədə bildirib: Britaniya qarşıdurma yolunu seçib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2018 06:12 Asia/Baku
  • Rusiya: Britaniya qarşıdurma yolunu seçib
    Rusiya: Britaniya qarşıdurma yolunu seçib

Rusiyanın Xarici İşlər Nazirliyi Britaniyanın Rusiyanın bu ölkədəki keçmiş agenti Sergey Skripalın zəhərlənməsində Moskvanın əlinin olmasına dair iddiası və bu iddiadan mənşə alan tədbirlər barədə bildirib: Britaniya qarşıdurma yolunu seçib.

Röytersin verdiyi məlumata görə, Rusiya XİN-i dünən bir bəyanat yayaraq bildirb: Britaniya baş naziri Tereza Meyin 23 rus diplomatı ölkədən qovmaq qərarı, təhrikamizdir. 

Rusiya XİN-i bildirib: Rusiya Britaniyanın təhrikamiz hərəkətlərinə dərhal reaksiya göstərəcək. 

Bəyanatda deyilir: Britaniya rəsmiləri keçmiş rus agentin zəhərləndirilməsi məsələsinin araşdırılmasında qeyri-şəffaf və birtərəfli metodları seçərək bir daha Rusiyaya qarşı ayrı-seçkilik dolu kampaniya aparmağa cəhd göstərir. 

Rusiya XİN-i bildirib: Moskva Britaniyadan qovulacaq 23 rus diplomatın siyahısını alıb. 

Britaniya həmçinin Rusiya ilə bütün ikitərəfli müqavilələrin icrasını dayandırırb və bildirilib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Londona səfərinə dair dəvət də geri alınıb.