Mart 15, 2018 09:45 Asia/Baku
  • Almaniya ƏMTP-nin qorunub-saxlanılmasını vurğulayıb
    Almaniya ƏMTP-nin qorunub-saxlanılmasını vurğulayıb

Almaniyanın yeni xarici işlər naziri İran ilə 5+1 qrupu arasında əldə olunmuş nüvə razılaşmasının qorunub saxlanılmasını vurğulayıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Almaniyanın yeni XİN rəhbəri Haiko Maas dünən Parisdə fransalı həmkarı Jan İyo Le Drian ilə müştərək mətbuat konfransıda çıxışı zamanı deyib: Almaniya İran ilə nüvə razılaşmasını mühafizə etmək sahəsindəki səylərini davam etdirəcək. 

Britaniyanın XİN başçısı Boris Conson da bildirmişdir ki, İranla əldə olunmuş nüvə razılaşması önəmli nailiyyətdir və illər boyu davam etmiş diplomatiya və səbirin məhsuludur. 

Amerika və 5+1 qrupunun avropalı üzvlərinin nümayəndələri bu gün Berlində ABŞ prezidenti Donald Trampın nüvə sazişinin İran tərəfindən pozulmasına dair iddiası ilə əlaqədar görüşəcəklər. 

Teqlər