Mart 15, 2018 20:32 Asia/Baku
  • BMT TŞ Yəməndəki durum barədə xəbərdarlıq edib
    BMT TŞ Yəməndəki durum barədə xəbərdarlıq edib

Birləşmiş Millətlər Təşkilatının Təhülkəsizlik Şurası Yəməndə insani durumun gərginləşməsinə dair xəbərdarlıq edib.

FransPress-in verdiyi məlumata görə, BMT TŞ bu gün bir bəyanat yayaraq bildirib ki, Yəməndə insani durum son dərəcə gərgindir və bu ölkə əhalisinin 22 milyon 200 min nəfəri yardıma ehtiyaclıdır. 

Bu hesabata görə, Yəməndə yardıma ehtiyacı olanların sayı 2017-ci il ilə müqayisədə 3 milyon 400 min nəfər artıb. 

BMT həmçinin Yəməndə insani durumun gərginləşməsindən təəssüfləndiyini bildirib. 

Teqlər